Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 12№-li İOEUGİM-də şotokan karate do üzrə Bakı şəhər açıq kuboku keçirilib. Siasport.az saytının məlumatına görə, 16-17 yaş qrupları arasında komanda kumite qaydasında I yerə Samuray Nəsibov, Nicat Rəhimov, Emil Ağayev, Nurlan Mehdiyev, +18 yaş qrupu arasında Elton Məmmədov, Dadaşəli Rəcəbov, Orxan Şabanov, Orxan Sadıqov, 16-17 yaş qrupları arasında komanda kata qaydasında I yerə Elbrus Cəfərov, Qüdrət Sadıqov, Rövşən Aşıqov, Əli Həsənov, +18 yaş qrupu arasında isə Ramil Məhərrəmov, Rusif İsmayılov, Elvin Qədirov, Azər Şəmiyev layiq görülüblər.
Qeyd edək ki, qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyəıəri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB