Hamit Altıntop "Marça"ya müsahibə verdi, "Real"a meydan oxudu!

Hamit Altıntop "Marça"ya müsahibə verdi, "Real"a meydan oxudu!

İspaniyanın "Marça" qəzeti, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində aprelin 3-də "Santyaqo Bernabeu"da "Real" ilə üz-üzə gələcək "Qalatasaray" haqqında yazı dərc edib. Siasport.az saytı xəbər verir ki, ispaniyadan olan həmkarlarımız İstanbul klubunun forvardı olan sabiq "Real" futbolçusu Hamit Altıntopun səfərdə kral klubu ilə keçiriləcək qarşılaşma haqqındakı fikirlərinə yer veriblər. H.Altıntop "Santyaqo Bernabeu"ya hücum taktikası ilə meydana çıxacaqlarını deyərək, Madrid "Real"ından çəkinmədiklərini dilə gətirib. Bu mərhələyə qədər olduqca kritik qarşılaşmalar keçirdiklərini deyən "Qalatasaray"ın forvardı, yenidən "Santyaqo Bernabeu"da olmaqdan və keçmiş komanda yoldaşları ilə üz-üzə gəlməkdən həyəcan duyduğunu etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə