Georgi Çixradze: "Bu matç yetirmələrimin oyun təcrübəsi toplaması baxımından yararlı oldu"

Georgi Çixradze: "Bu matç yetirmələrimin oyun təcrübəsi toplaması baxımından yararlı oldu"

"Gürcüstanda keçirilən görüş "Simurq"lu futbolçulara oyun təcrübəsi baxımından çox kömək edəcək". Siasport.az saytının məlumatına görə, bu sozləri "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib. Çalışdırıcı açıqlamasında bunları bildirib: "Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən fəal şəkildə yararlanmaq lazım idi. Gürcüstanın Qori şəhərinin "Dila" klubu ilə çox yaxşı yoxlama oyunu keçirdik. Bu matç yetirmələrimin oyun təcrübəsi toplaması baxımından yararlı oldu. Hazırlıqlar hələ Zaqataladan başlayan proqram üzrə davam etməkdədir. Hazırda komanda Zaqataladadır və "Bakı" ilə oyuna hazırlaşır".

Xatırladaq ki, "Qori" - "Simurq" oyununda sevinən tərəf Zaqatala təmsilçisi olub. Görüş 0:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə