Millimizin rəqibi Bosniya və Herseqovina olacaq

Millimizin rəqibi Bosniya və Herseqovina olacaq

Avropa çempionatının əsas seçmə mərhələsində futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirəcək. Siasport.az saytının məlumatına görə, Slovakiyanın Bratislava şəhərindəki "Interhala Pasienky" kompleksində keçiriləcək qarşılaşmada millimizin rəqibi Bosniya və Herseqovina yığması olacaq.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, millimiz əsas seçmə mərhələnin ilk oyununda Norveç yığmasını 6:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə