"Rəvan" Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək oyunda qarşılaşacağı "Turan"la matç üçün hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, dünən komanda "Bayıl Arena"da növbəti məşqə çıxıb. İki gün əvvəl əsasən futbolçuların fiziki hazırlığının artırılmasına yönəldilmiş məşq olduğundan bu dəfə toplu çalışmalar prioritet təşkil edib. Taktiki-texniki hazırlığın yüksəldilməsinə yönəldilmiş məşqdə futbolçular məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirib. Milli komandaların oyunları ilə əlaqədar yığmalara yollanmış litvalı Mindauqas Kalonas və syerra leoneli Samuel Barlaysız hazırlaşan komandada yüngül zədəsi olan Nikolay Orlovski də fərdi məşqlə kifayətlənir. Klubun həkimi Ceyhun Əliyev Orlovskinin "Turan"la matçda forma geyə biləcəyini düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB