"Rəvan"ın litvalı yarımmüdafiəçisi Mindauqas Kalonas uzun fasilədən sonra dəvət aldığı milli komandada növbəti oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, komandanın "10" nömrəsi martın 26-da Albaniyanın paytaxtı Tirana şəhərində yerli yığma komandaya qarşı keçirilən görüşdə meydana çıxıb.
Kalonas Slovakiya ilə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turnir oyunundan fərqli, bu dəfə sonradan meydana çıxıb. O, 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyərək oyuna qoşulub. Litva millisi məhz bu dəyişiklikdən sonra təşəbbüsü ələ ala və hesab arasındakı fərqi azalda bilib. Oyun Albaniya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq litvalıların macar çalışdırıcısı Çaba Laslonun bu oyunda müxtəlif səbəblərdən 7 əsas heyət futbolçusunun xidmətindən yararlanmadığını da qeyd etməliyik. Başqa sözlə, litvalılar eksperimentlərə əl ataraq nəticəni yox, gələcək perspektivi düşündüklərini göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB