FİFA, "Mançester Yunayted" - "Real" qarşılaşmasından sonra, verdiyi qərarlarla qalmaqal və ittiham hədəfinə çevrilən türkiyəli ədalət təmsilçisi Cüneyt Çakıra etimad göstərməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, dünyanın ali futbol qurumu, gələn il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatında iştirak edəcək hakimlərin siyahısına C.Çakırın da adını əlavə edib.
Ümumilikdə, FİFA Avropadan aşağıdakı hakimləri namizəd kimi seçib:
Feliks Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Mark Klattenburq (İngiltərə), Yunas Eriksson (İsveç), Viktor Koşşoi (Macarıstan), Pavel Kralovets (Çexiya), Byorn Kuypers (Niderland), Stefan Lannua (Fransa), Milorad Majiç (Serbiya), Sveyn Oddvar Moen (Norveç), Pedru Proensa (Portuqaliya), Nikola Ritsoli (İtaliya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya), Volfqanq Ştark (Almaniya), Kreyq Tomson (Şotlandiya), Alberto Undiano Malyenko (İspaniya), Karlos Velasko Karbalyo (İspaniya), Xovard Uebb (İngiltərə).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB