"Rəvan" futbol klubu Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan"ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, artıq matçın keçirilmə və başlama vaxtı dəqiqləşib. Belə ki, bakılıların tovuzlulara qarşı oyunu martın 30-u baş tutacaq və görüş saat 15:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşma "Dalğa Arena"da baş tutacaq.
Ümumiyyətlə, "Rəvan" "Turan" ilə indiyə qədər 6 dəfə üz-üzə gəlib. Bu matçların 3-də qalib gələn "Rəvan" yalnız 1 dəfə rəqibinə yenilib. Topların fərqində də bakılıların üstünlüyü var - 10:7. "Rəvan" "Turan"la son 3 oyunda məğlub olmayıb. Son qarşılaşmada isə Ramil Əliyev baş məşqçi postunda debütünü qələbə ilə qeyd edib.
|
23.09.2011 |
Turan (Tovuz) - Rəvan (Bakı) |
0:1 |
|
16.02.2012 |
Rəvan (Bakı) - Turan (Tovuz) |
2:1 |
|
25.03.2012 |
Turan (Tovuz) - Rəvan (Bakı) |
2:1 |
|
21.04.2012 |
Rəvan (Bakı) - Turan (Tovuz) |
2:2 |
|
31.10.2012 |
Turan (Tovuz) - Rəvan (Bakı) |
2:2 |
|
09.02.2013 |
Rəvan (Bakı) - Turan (Tovuz) |
2:0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB