Azərbaycan Topaz Premyer Liqasının XXIV turunda Zaqatalada "Simurq"un qonağı olacaq "Bakı" hazırlıqlarını klub bazasında davam etdirir. Siasport.az saytının məlumatına görə, "Bakı"nın bu günkü məşqində milli komandada Portuqaliyaya qarşı oyunda yüngül zədə alan Rauf Əliyev, hərarəti olan Cavid Hüseynov, U-21 milli komandamızın Avstriyada keçirdiyi təlim-məşq toplanışına qatılan Şəhriyar Əliyev, Nurlan Novruzov və Litva yığmasının düşərgəsində olan Deyvidas Çesnauskis yer almayıb. Məşqdə Novruz Məmmədov və Uinston Parks fərdi çalışıb, milli komandadan qayıdan Elvin Məmmədov qaçışla kifayətlənib.
Adları çəkilən futbolçulardan fərqli olaraq "Bakı"nın baş məşqçisi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlaşan digər oyunçular qızınma hərkətlərinin ardınca topla təmrinlərə keçiblər. Məşq qısamüddətli ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, paytaxtda son məqşini keçirən Bakı təmsilçisi sabah Zaqatalaya yola düşəcək.
Xatırladaq ki, Azərbaycan Topaz Premyer Liqasının XXIV turunun "Simurq" - "Bakı" qarşılşaması martın 30-da Zaqatala şəhər stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB