Joze Mourinyo "Beşiktaş"ın stadionunda məşq edəcək!

Joze Mourinyo "Beşiktaş"ın stadionunda məşq edəcək!

İstanbulun "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasındakı rəqibi olan Madrid "Real"ı, gözlənilməz addım atıb. Siasport.az saytı xəbər verir ki, kral klubu, İstanbulda keçirəcəyi cavab qarşılaşmasına 2 gün qalmış "Beşiktaş"ın stadionunda məskunlaşacaq. Türkiyə mətbuatı yazır ki, bu qərarı baş məşqçi Joze Mourinyo verib. Portuqaliyalı futbol mütəxəssisi, artıq bu qərarı ilə bağlı UEFA-dan da razılıq alıb və bu barədə yaxın dostu olan Fatih Terimi məlumatlandırıb. O bu addımını onunla əlaqələndirib ki, "İsmət İnönü" stadionu həm matçın keçiriləcəyi "Türk Telekom Arena"ya" yaxın ərazidə yerləşir, həm də buradan arenaya getmək üçün uzun yol və nəqliyyat sıxlığı yaşanmayacaq. Türkiyə mətbuatı yazır ki, "Qalatasaray" rəhbərliyi portuqaliyalı mütəxəssisin bu qərarını anlayışla qarşılayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə