UEFA, "Qalatasaray"a sürpriz təkliflə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumu, İstanbul klubuna, aprelin 6-da "Mersin İdman Yurdu" ilə keçirəcəyi qarşılaşmanı "Türk Telekom Arena"da deyil, başqa bir stadionda keçirməyi təklif edib. UEFA bunu onunla əlaqələndirib ki, "Türk Telekom Arena"nın zəminin hazırkı vəziyyəti yaxşı olmadığı üçün, UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində Madrid "Real"ı ilə keçiriləcək qarşılaşmada stadion yararsız duruma düşə bilər. Lakin "Qalatasaray" rəhbərliyi bu təklifi rədd edib. Türkiyə mətbuatı xəbər verir ki, həm baş məşqçi Fatih Terim, həm də klubun rəhbər strukturları bu məsələnin yersiz olduğunu dilə gətirərək, stadionun zəmini ilə bağlı heç bir problemin olmayacağını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB