Xəbər verdiyimiz kimi, Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir. Siasport.az saytının məlumatına görə, gənclərdən ibarət yığma komandaya seçim və gələcək beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan yarış Azərbaycanda ənənəvi olaraq keçirilir. Bu il ilk dəfədir ki, 21 yaşlı cüdoçular da yarışa qatılıblar. Birincilikdə respublika üzrə 49 klubdan 318 çüdoçu gücünü sınayır. Onlardan 33-ü qız, 285-i isə oğlandır.
Qeyd edək kmi, yarışın sonuncu günü oğlanlar arasında 66, 73, 81, 90, 100 və 100 kq-dan yuxarı çəki dərəcələrində cüdoçular tatami üzərinə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB