Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşdi

Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşdi

Cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir. Siasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçirilən yarışda 49 klubdan 318 cüdoçu gücünü sınayır. Onlardan 33-ü qız, 285-i isə oğlandır.
Yarışın ilk günü Elvira Butayeva (44 kq), Nəzakət Xəlilova (52 kq), Təhminə Paşazadə (57 kq), Validə Mirzəzadə (63 kq), Günay Alməmmədli (70 kq), Şəms Əhmədova (78 kq) və Oruc Vəlizadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə