“Sumqayıt"dan 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

“Sumqayıt"dan 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

"Azercell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"ın 17 yaşadək futbolçulardan ibarət komandası "Gənclik"lə oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Sumqayıt" klubundan Rizvan Osmanov fərqlənib.

"Sumqayıt"ın U-14 komandası isə "Xırdalan" üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Qolların müəllifi Nicat Hüseynov, Asif Əliyev və Sənan Əsadov olub.

"UNİCEF U-17 Liqası"nda da növbəti turun oyunları keçirilib. "Sumqayıt" FK "UGİM 9" komandasına 1:2 hesabı ilə məğlub olub. Komandadan yeganə qolu Cəmilə Jlyakova vurub.

Qeyd edək ki, "Sumqayıt"ın U-15 qızlar komandası "Yalama" ilə qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Yeganə qolu Dəniz Kamilli vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə