DÇ-2014-ün seçmə mərhələsində keçirilmiş Azərbaycan - Portuqaliya oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə danışıb. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi): "Komandamdan tam razı qalmadım. Sürətli oyun, rəqibə qarşı təzyiq gözləmirdim. Belə güclü rəqiblə oyunda gec-tez qol olacağını gözləyirdim. Bizim də qol şanlarımız vardı. Görünür, bəzi futbolçularımızın gücü çatmadı. Rəqibi qələbə münasibətilə təbrik etməliyik".
Paulo Bentu (Portuqaliya milli komandasının baş məşqçisi): "Biz hər oyuna qələbə üçün çıxırıq. Bu gün belə alındı ki, rəqib 10 nəfərlə qaldı. Bununla da bəxtimiz gətirdi. Bu, hakimin qərarıdır və onu şərh etmək istəmirəm. Bizim üçün rəqibin meydanda neçə nəfərlə olmağının fərqi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB