"Fənərbaxça" İtaliyadan gələn bu xəbərə sevindi
Avropa Liqasının 1/4 finalında "Fənərbağça" ilə üz-üzə gələcək İtaliyanın "Latsio" klubu ciddi itki ilə üzləşib. Komandanın aparıcı futbolçularından olan Andre Dias sıradan çıxıb. 33 yaşlı müdafiəçi hazırlıq prosesində zədələnərək məşqçilər korpusunu şoka salıb. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Onun "Fənərbağça" ilə yanaşı, A Seriyasında "Katanya" ilə görüşdə də meydana çıxmayacağı məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB