Tomas Ujfalusi heyətə qayıdır

"Qalatasaray"ın neçə müddətdir ki, zədə üzündən yaşıl meydanlardan uzaq qalan çexiyalı forvardı Tomas Ujfalusi, zədəsini sağaldaraq, yaşıl meydanlara dönməyə hazırlaşır. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun amerikalı meneceri məlumat verib. O bildirib ki, çexiyalı forvard gələn həftədən təlim-məşq prosesinə qoşulacaq. Onun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real" ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı sual altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə