Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, yarışların IV günündə döşək üzərinə sərbəst güləş üzrə 84 kq, qadın güləşi üzrə isə 63 və 72 kq çəki dərəcəsində idmançılar çıxıb.
84 kq
1/8 final - İbrahim Aldatov (UKR) - Məhəmmədhacı Xatiyev (0:2, 4:1, 3:0)
63 kq
1/8 final - Henna Katarina Yohansson (SWE) - Anna Belyayeva (0:3, 0:6)
1/4 final - Anna Belyayeva - Anastasiya Qriqoryeva (LAT) (1:0, 0:6, 2:7)
Təsəlliverici görüş - Agoro Papavasileyu (GRE) - Anna Belyayeva (0:1, 0:2)
Bürünc medal görüşü - Anna Belyayeva - İrena Qarrido Qarsia (ESP) (4:0)
İlk olaraq İsveç təmsilçisi ilə qarşılaşan Anna Belyayeva tam üstünlüklə qalib gəlib. İkinci görüşündə məğlub olan güləşçimizin rəqibi finala yüksəldiyindən idmançımız təsəlliverici görüş keçirmək haqqı qazanıb. Yunanıstanlı rəqibini məğlub edən Anna Belyayeva bürünc medal qazanmaq şansını da əldən verməyib. İspaniya güləşçisini vaxtından əvvəl məğlubiyyətə uğradan pəhləvanımız komandamıza növbəti bürünc medalı qazandırıb.
72 kq
1/8 final - Səbirə Əliyeva (AZE) - Viktoria Ivanova Bobeva (BUL) (1:2, 1:0, 4:1)
1/4 final - Aqniezka Jadviqa Visçek-Kordus (POL) - Səbirə Əliyeva (3:0, 4:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB