U-19 böyükhesablı qələbə qazanıb

U-19 böyükhesablı qələbə qazanıb

Estoniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Estoniyanın U-19 yığması ilə qarşılaşan komandamız 4:0 hesablı qələbə qazanıb. Oyunda hərəyə bir dəfə Coşqun Diniyev və Fəhmin Muradbəyli fərqlənib. Ruslan Nəsirli isə dubl edib.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə