Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, ilk yarış günündə döşək üzərinə çıxacaq sərbəst güləş üzrə 66 kq və 96 kq, qadın güləşində isə 48 kq çəki dərəcəsində güclülər müəyyənləşəcək.
Qeydə alınmış nəticələri nəzərinizə çatdırırıq:
66 kq
1/16 final - Məhəmməd Müslümov - Angelo Costa (ITA) (4:0, 6:0)
1/8 final - Rafal Statkieviç (POL) - Məhəmməd Müslümov (1:4, 0:2)
1/4 final - İlyas Bekbulatov (RUS) - Məhəmməd Müslümov (0:4, 1:0, 2:0)
İlyas Bekbulatov yarımfinalda Türkiyə güləşçisi ilə görüşdən məğlub ayrılıb. Bununla da Məhəmməd Müslümovun bürünc medal yolu bağlanıb.
96 kq
1/16 final - Xetaq Qazyumov - Muren Fikret Mutlu (TUR) (1:0, 3:0)
1/8 final - William Harth (GER) - Xetaq Qazyumov (1:4, 0:3)
1/4 final - Vladislav Baytsaev (RUS) - Xetaq Qazyumov (0:1, 1:0, 2:2)
Rusiya təmsilçisi yarımfinalda Polşa güləşçisinə məğlub olub və Xetaq Qazyumov bürünc medal qazanmaq şansını da əldən verib.
48 kq
1/8 final - Patimat Baqomedova - Elitsa Atanasova Yankova (BUL) (2:0, 2:0)
1/4 final - Mariya Livaç (UKR) - Patimat Baqomedova (təmiz qələbə)
1/2 final - Yana Stadnik (GBR) - Patimat Baqomedova (1:0, 1:0)
Bürünc medal görüşü - Patimat Baqomedova - Anna Lukasiak (POL) / Fredrika Ida Petersson (SWE)
Qeyd edək ki, final görüşlərini saat 18.00-dan etibarən TRT-spor kanalından canlı izləmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB