Ramil Əliyev: "Cavab verə bilmərəm"

Ramil Əliyev: "Cavab verə bilmərəm"

Premyer Liqada yaranmış fasilədən elita təmsilçiləri faydalı yararlanmağa çalışır. Siasport.az saytı Sportal.az-a istinadən xəbər verir ki, ikinci "altılıq"da mübarizə aparan "Rəvan" məşqlərə ara vermir. Baş məşqçi Ramil Əliyev qısa fasilədən necə yararlandıqlarını belə şərh edib: "Samuel Barlay istisna olmaqla tam heyətlə məşq edirik. Barlay ölkəsinin millisinə dəvət alıb. Ona görədə əvəzedici heyətdən 3 futbolçunu əsas komandaya cəlb etmişik. Dünən və bugün iki dəfə məşq keçmişik, sabahdan isə məşqlər birə endiriləcək. Ayın 23-də "Neftçi"ilə yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu barədə köməkçi məşqçilər danışıqlar aparıb. İndi onlardan cavab gözləyirik. "Turan"la bizi çox çətin oyun gözləyir. Aradaki fərqin iki xal olması oyunun gərginliyini daha da artıracaq. Turnir cədvəlində vəziyyətimiz elə də yaxşı deyil. Bu oyunda qələbə qazanıb xal ehtiyyatımızı artırmalıyıq. Təkcə "Turan"la deyil, bütün oyunlar bizim üçün vacibdir. Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaq və bacardığımız qədər mövsümü yaxşı yerdə bitirməkdir. O ki, qaldı növbəti mövsümdə Premyer Liqada çıxış edib-etməyəcəyimizə, buna cavab verə bilmərəm. Hər-halda bu, klub rəhbərliyinə aid olan məsələdir. Yəqin ki, mövsüm sonunda onlar öz qərarlarını verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə