Popxadze Fransaya qarşı

"Bakı" futbol klubunun daha bir üzvü milli komandasının sıralarına dəvət alıb. Siasport.az saytının məlumatına görə, müdafiəçi Giorgi Popxadze FİFA 2014 Dünya çempionatının seçmə mərhələ oyununda Gürcüstan milli komandasının formasını geyinə bilər. Futbolçu 22 mart 2012-ci il tarixdə səfərdə Fransa ilə qarşılaşacaq Gürcüstan milli komandasının düşərgəsinə yollanacaq.

Qeyd edək ki, bununla da "Bakı"dan milli komandalara dəvət alan futbolçuların sayı 10-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə