Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız Finlandiyanın U-19 komandası ilə qarşılaşıb. Finlandiya yığması 69-cu dəqiqədə penaltidən fərqlənməklə 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Coşqun Diniyev 69-cu, Elvin Bədəlov isə 80-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB