Velosipedçimiz "Tur de Tayvan -2013"də liderdir

Velosipedçimiz "Tur de Tayvan -2013"də liderdir

Çoxgünlük ötüşmələr üzrə "Tur de Tayvan -2013" velosiped turniri start götürüb. Siasport.az saytınln məlumatına görə, turnirdə Azərbaycanın "Synergy Baku Cycling" komandası da iştirak edir. Sözügedən komandanın idmançısı Kiril Pozdnyakov çoxgünlüyün birinci mərhələsində qalib gələrək sarı rəngli lider maykasını geyinib. Azərbaycanın daha bir nümayəndəsi Kristof Şvaytser turnirdə üçüncü yeri tutub. "Synergy Baku Cycling" komandasına Devid Klark (Böyük Britaniya), Yon Ebsen (Danimarka), Kristov Şvaytser (Almaniya), Anuar Manan (Malayziya,194) və Kiril Pozdnyakov (Rusiya) daxildir. Komandanın meneceri Devid Makkandır.

Qeyd edək ki, çoxgünlük ötüşmələr üzrə "Tur de Tayvan -2013" martın 18-dən 24-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə