"Simurq" DÇ-2014-ün seçmə mərhələsinin növbəti oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Gürcüstana yola düşəcək. Siasport.az saytının məlumatına görə, komanda martın 22-dən 24-nə qədər qonşu ölkədə məskunlaşacaq və bir yoldaşlıq görüşü keçirdəcək. Zaqatala təmsilçisinin rəqibi hazırda daxili çempionatlarında ikinci pillədə qərarlaşan "Dila" klubu olacaq. Qarşılaşma martın 23-də, saat 16:00-da Tiflis şəhərində keçiriləcək.
Qeyd edək ki, "Simurq"un rəqibi hazırda Gürcüstan çempionluğuna real namizədlərdən biridir. Bu komanda lider "Dinamo"dan 3 xal geri qalır. "Dila" klubu ötən mövsümdə uğurlu çıxış edib. Qori təmsilçisi Avropa Liqasının play-off mərhələsində Portuqaliyanın "Maritimo" klubuna məğlub olaraq, turnirdən uzaqlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB