"Sumqayıt" klubu istirahəti başa vurub. Siasport.az saytının məlumatına görə, komanda bu gün "Bayıl Arena"da "Kəpəz"lə oyunun hazırlığına start verib. Topaz Premyer Liqasının son turunda "Turan"la keçirilmiş qarşılaşmada (4:0) zədələnən Orxan Əliyev hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Bundan başqa, A millinin heyətində yer alan Səlahət Ağayev, Pərdis Fərcad-Azad, U-21-də olan Slavik Alxasov və U-19-un heyətinə çağırılmış Ruslan Nəsirli ilə Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB