Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Xəzər Lənkəran"ı minimal hesabla məğlub edən "Rəvan"ın futbolçularına verilən istirahət başa çatıb. Siasport.az saytının məlumatına görə, artıq 4 günlük "sərbəst qrafik" yekunlaşıb və komanda yenidən hazırlıqlara başlayıb.
Hazırlıqları ənənəvi olaraq "Bayıl Arena"da keçirən "Rəvan" dünən 1 məşqlə kifayətlənibsə, bu günə 2 hazırlıq nəzərdə tutulub. Artıq səhər saatlarında futbolçular fiziki hazırlıqlar üzərində işləyiblər. Belə ki, komanda üzvləri trenajor zalında çalışıblar. Axşam saatlarında isə meydançada hazırlıq nəzərdə tutulub. Məşqlərdə milli komandaların şərəfini qorumaq üçün vətənlərinə yola düşən Samuel Barlay və Maindauqas Kalonasdan başqa hamı iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB