Güləşçilərimiz Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Güləşçilərimiz Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

Gürcüstanda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Siasport.az saytının məlumatına görə, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) Büro üzvü Namiq Əliyev başda olmaqla, qurum rəsmiləri, sərbəst və qadın güləşi üzrə milli komandalarımızın məşqçi və idmançı heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər. Onlar ümummilli liderin abidəsinin önünə əklil və gül dəstələri düzüblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti ziyarətdən sonra xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə