Teymur Rəcəbov: "Öz səhvimdən məğlub oldum"

Teymur Rəcəbov: "Öz səhvimdən məğlub oldum"

Londonda şahmat tacı uğrunda mübarizə aparan yeganə təmsilçimiz Teymur Rəcəbov III turda ilk məğlubiyyət yaşayıb. Siasport.az saytının məlumatına görə, o, şahmat üzrə Dünya Kubokunun qalibi Petr Svidlerə məğlub olub. Teymur Rəcəbov oyun haqqında fikirlərini bildirib: "Deməzdim ki, rəqibin debüt seçiminə təəccübləndim. Ancaq nədənsə, öyrənmədiyim variantları unutdum və hər şeyi çaş-baş saldım. Gedişləri unudaraq öz səhvimdən məğlub oldum. Gedişlərin düzgün ardıcıllığını yada sala bilmirdim. Özü də əlbəttə, Petrin yaxşı hazırlığını qeyd etmək lazımdır. Bunu izah etmək çətindir, ancaq mən bu məğlubiyyətdən sonra hansısa rahatçılığı hiss edirəm.

Qeyd edək ki, şahmatçımızın aktivində 1,5 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə