Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında Novruz bayramına həsr olunmuş şahmat üzrə turnir keirilib. Siasport.az saytının məlumatına görə, turnirdə 90 şahmatçı iştirak edib. 2000-2001-ci il təvəllüdlülər arasında I yerə Namiq Abdullayev, II yerə Mehriban Dadaşova, III yerə Nihad Tarverdiyev, 2002-2003-cü il təvəllüdlülər arasında I yerə İzzət Quliyev, II yerə Səttar Məmmədov, III yerə Möhsün Möhsünov, 2004-2005-ci il təvəllüdlülər arasında I yerə Samir Nəcəfzadə, II yerə Namiq Əliyev, III yerə Rəvan Əbilzadə, 2006 və ondan kiçik şahmatçılar arasında I yerə Ruslan Dostuzadə, II yerə Nərmin Tağızadə, III yerə Xuraman Ağayeva layiq görülüblər.
Qeyd edək ki, qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB