Namiq Məstanov: "10 komanda 4 dövrə" prinsipini mən irəli sürmüşdüm"

Namiq Məstanov: "10 komanda 4 dövrə" prinsipini mən irəli sürmüşdüm"

"10 komandanın 4 dövrədə mübarizə aparması müsbət haldır. İlk dəfə dekabırın 25-də klub rəhbərlərinin iclasında "10 komanda 4 dövrə" prinsipini mən irəli sürmüşdüm". Siasport.az saytının məlumatına görə, bu sözləri Sportal.az-a açıqlamasında "Turan"ın vitse-prezidenti Namiq Məstanov deyib. "Altılıq" sisteminin ləğv olunmasına münasibət bildirən klub rəsmisi bu addımı uğurlu sayıb: "Burada əsas məsələlərdən biri də çempionatın uzun olmasıdır. Bu, futbolçuların oyun praktikasının artmasına şərait yaradacaq".

"Bəs aşağı dəstədən klubların elitaya gəlməməsi haqsızlıq deyilmi?" sualına isə Məstanovun cavabı belə olub: "Bəli, burada hardasa idman prinsipləri pozulur. Amma çalışacağıq ki, biz də bu 10 komanda içində yer alaq".

Bütün xəbərlər Facebook səhifəmizdə