"Əvvəldən bu qərarın tərəfdarı olmuşuq. AFFA İcraiyyə Komitəsinin icalsından, "Xəzər Lənkəran" klubu olaraq, çox razı qaldıq. Düzgün qərarlar qəbul edildi". Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib. AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlara münasibət bildirən klub rəsmisi "altılıq" sisteminin ləğvindən sonra çempionatın daha maraqlı keçəcəyini söyləyib: "Biz "altılıq" sisetminin əleyhinə idik. 10 klubla 4 dövrəli çempionat yaxşıdır ki, indi hər şey daha maraqlı olacaq, rəqiblər tez-tez qarşı qarşıya gələcəklər və oyunların sayı çox olacaq. Hər bir komanda çempionluq uğrunda mübarizə aparacaq. Əvvəllər çempionluq uğrunda maraqlı oyunlar olurdu. Məsələn, o vaxt son turda "Karvan" "Turan"ı məğlub edə bilmədi və çempion olmadı. Biz də istəyirik ki, son turlara kimi maraqlı oyunlar olsun. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanda 10 komandanın daimi suponsoru var və bu komandalar iddialı olacaqlar. Amma bunun altısını bölüb "altılıq" keçirəndə, kənarda qalan klubların sponsorları klubları yarıda tərk etməli olurlar. Bu, yerində verilən qərardır. Hətta hardasa, gecikmiş qərar da hesab edərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB