"Real"ın ulduz futbolçusu Məst Özil, futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşacaqları İstanbulun "Qalatasaray" klubu haqqında fikrini bildirib. Siasport.az saytı xəbər verir ki, kral klubunun türk əsilli ulduz futbolçusu "Qalatasaray"la qarşılaşmaların olduqca çətin keçəcəyini etiraf edib. İstanbul klubunun olduqca güclü heyətə malik olduğunu deyən M.Özil bildirib ki, Didye Droqba, Uesli Sneyder, Burak Yılmaz, Hamit Altıntop kimi futbolçulara sahib olan türk klubuna qarşı mübarizə çətin keçəcək. O bildirib ki, bütün bunlara baxmayaraq bu il UEFA Çempionlar Liqasını qazanmağı hədəfləyiblər və "Qalatasaray"la keçiriləcək ilk qarşılaşmadaca qələbə qazanmaq niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB