Dünən Avroliqada 1/4 final mərhələsinin püşkatması keçirilib. Siasport.az saytı xəbər verir ki, Türkiyənin Çempionlar Liqasında təmsilçisi "Qalatasaray" kimi Avroliqada oynayan "Fənərbaxça"ya da çətin rəqib düşüb. Belə ki, İstanbulun digər təmsilçisi də "Böyük Beşlik" təmsilçisi – "Latsio"ya rəqib olub. "Qalatasaray"dan fərqli, "Fənər"in ilk oyununu evdə keçirməyi işini daha da çətinləşdirir. Rusiyanın "Rubin"i klubu isə İngiltərə "Çelsi" si ilə qarşılaşacaq. Qeyd edək ki, ÇL-də olduğu kimi, Avroliqada da yarımfinalın püşkü apreldə olacaq. 1/4 final matçları gələn ayın 4-də və 11-də keçiriləcək.
"Çelsi" (İngiltərə) - "Rubin" (Rusiya)
"Tottenhem" (İngiltərə) - "Bazel" (İsveçrə)
"Fənərbaxça" (Türkiyə) - "Latsio" (İtaliya)
"Benfika" (Portuqaliya) - "Nyukasl" (İngiltərə)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB