AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2013/2014-cü ilə mövsümündən etibarən Topaz Premyer Liqası 10 komanda ilə 4 dövrəli sistemlə keçiriləcək.

2. 2013/2014-cü ilə mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır.

3. Arif Əsədov U-19, Aslan Kərimov U-16 və Patrisia Gonzales U-19 qızlar Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təsdiq edilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsi yenidən hazırlansın.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...