Topaz Premyer Liqasının formatı dəyişdirildi

Topaz Premyer Liqasının formatı dəyişdirildi

AFFA İcraiyyə Komitəsi Topaz Premyer Liqasının formatını dəyişib. Siasport.az saytının məlumatına görə, qurum çempionatda 10 komandanın iştirakına qərar verib.

Dəyişiklik 2013-2014 mövsümündən etibarən qüvvəyə minəcək. 10 komanda 4 dövrəli sistemlə mübarizə aparacaq və mövsüm ərzində Premyer Liqada 36 oyun keçiriləcək. Cari mövsümdə son iki yeri tutacaq klublar elitanı tərk edəcəklər. Premyer Liqaya isə heç bir klub yüksəlməyəcək.

Azərbaycan Kubokunun formatı dəyişdirilməyib və bu yarışın hazırkı sistemlə keçirilməsinə qərar verilib.

Daha bir qərar Premyer Liqada olduğu kimi, Birinci Divizionda da klubların meydana 21 yaşadək futbolçularla çıxması ilə bağlıdır. Hər komandanın heyətində ən azı səkkiz gənc futbolçu yer almalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə