Rövnəq Abdullayev: "Komanda məğlub olanda da, dəstək olmaq lazımdır"

Rövnəq Abdullayev: "Komanda məğlub olanda da, dəstək olmaq lazımdır"

AFFA prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında keçirilən konfransdan sonra media nümayəndələrinin suallarını cavablandırıb. Siasport.az saytının məlumatına görə, o, milli komandamız barədə danışıb: "Lüksemburq yığmasını asan komanda saymayın. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Millimiz səfər matçlarında mübarizə aparır. Gənclər çalışırlar, irəliləyiş var. Komanda məğlub olanda da, dəstək olmaq lazımdır"

Böyük Şor qəsəbəsində inşa olunan stadion barədə də açıqlama verən AFFA prezidenti "Stadionun inşası üçün xərclər 620-640 milyon civarındadır",- deyə qeyd edib.

Daha sonra R.Abdulleyev Azərbaycan çempionatı haqda sualları cavablandırıb: "Çempionatla bağlı məsələyə İcraiyyə Komitəsində baxacağıq. Liqalarda limitlə bağlı köklü dəyişiklər olacaq. Premyer Liqada olan 21 yaşadək məsələni I divizionda da tətbiq etmək istəyirik. Qarşıdakı Avropa çempionatlarında millimizin iştirakına çalışmalıyıq. Şanslarımız bərabərdir. Həmin vaxta kimi gəncləri yetişdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə