Dünən UEFA Avropa Liqasının 18 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "İnter"-"Tottenhem" oyununda irqçilik şüarları səsləndirilib. Siasport.az saytı xəbər verir ki, kritik qarşılaşmada "İnter" azarkeşləri qonaq komandanın qaradərili futbolçusu olan Emmanuel Adebayoru təhqir edən şüarlar səsləndiriblər. Türkiyənin "Milliyet" qəzeti yazır ki, Milanlı azarkeş qrupu, ulduz futbolçunu təhqi edərək, onu "qara meymun" deyə çağırıblar. "Tottenhem"in baş məşqçisi Andre Villaş Boaş jurnalistlərə bildirib ki, UEFA-nın Nizam-İntizam Komitəsi bu məsələ ilə bağlı lazımı tədbirlər görməlidir. Xatırladaq ki, məhz E.Adebayorun əlavə olunmuş vaxtda vurduğu qolu sayəsində "Tottenhem" mərhələ adlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB