"Fənərbaxça" və "Rubin" 1/4 finala çıxdı

"Fənərbaxça" və "Rubin" 1/4 finala çıxdı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Fənərbaxça" "Viktoriya" (Çexiya) ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 1:1 hesablı heç-heçə ilə 1/4 finala çıxan tərəf olub.

Millimizin üzvü Ruslan Abışovun top qovduğu "Rubin" isə "Levante" ilə münasibətlərə aydınlıq gətirib. İlk matçda kimi bu dəfə də oyunun əsas vaxtında hesab açılmadığı üçün əlavə vaxt oynanılıb. Nəticədə 2 qol vuran "Rubin" mərhələ adlayıb.

Digər oyunlar və təfərrüatlarla aşağıda tanış ola bilərsiniz:

Avropa Liqası

1/8 finalın cavab oyunları

14 mart

21:00."Rubin" (Rusiya) – "Levante" (İspaniya) 2:0

Qol: Solomon Rondon, 100, Vladimir Dyadyun, 112

İlk oyun - 0:0

21:00."Zenit" (Rusiya) – "Bazel" (İsveçrə) 1:0

Qol: Aksel Vitsel, 30

İlk oyun - 0:2

22:00."İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) 4:1

Qollar: Antonio Kassano, 20, Rodriqo Palasio, 52, Uilyam Qallas, 75? Alvarez, 110 - Emanuel Adebayor, 96

İlk oyun - 0:3

00:05."Bordo" (Fransa) – "Benfika" (Portuqaliya) 2:3

Qollar: Diabate, 74, Jardel, 90 (avtoqol) - Jardel, 30, Oskar Kardozo, 75, 90+2

İlk oyun – 0:1

00:05."Çelsi" (İngiltərə) – "Styaua" (Rumıniya) 3:1

Qollar: Mata, 34, Terri, 58, Torres, 71 - Çirkeş, 45+1

İlk oyun - 0:1

00:05."Fənərbaxça" (Türkiyə) – "Viktoriya" (Çexiya) 1:1

Qollar: Salih Uçan, 44 - Darida, 60

İlk oyun - 1:0

00:05."Latsio" (İtaliya) – "Ştuttqart" (Almaniya) 3:1

Qollar: Kozak, 6, 8, 87 - Haynal, 62

İlk oyun – 2:0

00:05."Nyukasl" (İngiltərə) – "Anji" (Rusiya) 1:0

Qol: Sisse, 90+4

İlk oyun – 0:0

1/4 finala çıxan komandalar:

"Bazel"
"Rubin"
"Tottenhem"
"Nyukasl"
"Çelsi"
"Benfika"
"Latsio"
"Fənərbaxça"

Bütün xəbərlər Facebook səhifəmizdə