Rauf Əliyev: “Özümüzə bərabər bir komandanı da məğlub edə bilməsək...”
"Dünəndən məşqlərə başlamışıq. Bu gün də iki məşqimiz olacaq. Komandamız demək olar ki, oyuna hazırdır. Hər şey yaxşıdır. Oyuna qədər lap yaxşı olacaq. Sadəcə qalır Lüksemburqla matçda çıxıb, qalib gəlmək". Siasport.az saytının məlumatına görə, Qol.Az-a açıqlamasında bu sözləri milli komandamızın hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsində millimizin martın 22-də Lüksemburqla, martın 26-da isə Portuqaliya yığması ilə keçiriləcək oyunu haqqında danışarkən deyb.
R.Əliyev komandamızın şanslarından da danışıb: "Lüksemburq bizim komanda ilə eyni səviyyədədir. Öz meydanlarında oynayırlar, ancaq biz ora qələbə üçün gedirik. Şanslarımızı isə bərabər görürəm. Məqsədimiz qrupda daha çox xal qazanmaqdır. Bunun bizə xeyri var. Özümüzə bərabər bir komandanı da məğlub edə bilməsək, işimiz çətin olar. Səfərdə bizi çətin oyun gözlədiyini bilirik. Onu da bilirik ki, bu oyunda yaxşı nəticə qazanmasaq, Portuqaliya ilə görüşdə daha çətin olacaq. Ancaq qalib gəlsək, öz meydanımızda Portuqaliya ilə oyunda yaxşı nəticə qazanacağımıza şübhəmiz yoxdur".
Millimizin üzvü Lüksemburqla oyunda qol vurmaq arzusunda olduğunu deyib: "Mən hücumçuyam, işim qol vurmaqdır. Bunu milli komandada bacarıram. Əlimə fürsət düşən kimi bundan istifadə edəcəyəm. Bu oyunda qol vurmağı çox istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB