Millimizin oyununda hakim dəyişikliyi

Millimizin oyununda hakim dəyişikliyi

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, baş hakimin köməkçisi Ciaran Delaneyin əvəzinə Mark Gavin təyinat alıb. Hakimlər briqadasını bir daha diqqətinizə çatdırırıq:

Baş hakim: Padraigh Sutton

Baş hakimin köməkçiləri: Mark Gavin, Dermot Broughton

Dördüncü hakim: Neil Doyle

(Hakimlər briqadası İrlandiyadandır)

Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)

Komissar: Volfqanq Thierrichter (Avstriya)

Bütün xəbərlər Facebook səhifəmizdə