Əfqan Həmzəyev hakim-inspektor oldu

Əfqan Həmzəyev hakim-inspektor oldu

Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev artıq böyük futboldan hakim kimi vidalaşıb. Siasport.az saytının Sportal.az-a istinadən verdiyi məlumata görə, FİFA referisi bundan sonra hakim-inspektor kimi oyunlara təyinat alacaq. Bunu FİFA referisi açıqlamasında da təsdiqləyib: "Bəli, bundan sonra oyunlara hakim-inspektor kimi təyinat alacağam. Bu, ancaq böyük futbolda olacaq. Çimərlik futbolunda isə yenə əvvəlki kimi hakimlik edəcəm. Artıq ilk təyinatımı da almışam. Həvəskarlar liqasında "Mehdiabad Bəldiyyəsi" və "Gənclik" komandaları arasında keçirilən oyunda hakim-inspektor olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə