"Növbəti rəqibi "Barselona" olmasa, "Qalatasaray" finala qədər irəliləyəcək"
Donetsk "Şaxtyor"unun baş məşqçisi olan Mirça Luçesku, "Qalatasaray" barədə maraqlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, 2001-ci ildə "Qalatasaray"ın sükanı arxasında olmuş M.Luçesku, İstanbul klubunun olduqca əzmkar və yüksək səviyyəli heyətə sahib olduğunu deyərək, "Şalke" kimi bir komandanı əzmkar qələbə ilə məğlub etmələrinin təsadüfi olmadığını dilə gətirib: "Onlar olduqca potensial heyətə sahibdirlər. Onlar bizi məğlub edən "Borussiya"nı Bundesliqada darmadağın edən bir komandanı mübarizədən kənarlaşdırıblar. Əgər 1\4 finalda "Qalatasaray"ın rəqibi "Barselona" olmasa, İstanbul klubu finala qədər irəliləyəcək"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB