Abromoviç Burak Yılmaz üçün Droqbaya zəng vurdu!

Abromoviç Burak Yılmaz üçün Droqbaya zəng vurdu!

"Şalke"nin məğlub edilməsində böyük əzmkarlıq göstərən, UEFA Çempionlar Liqasında qol kralı olan Burak Yılmaz, "Çelsi"nin sahibi Roman Abromoviçin hədəfinə düşüb. Siasport.az saytı xəbər verir ki, rusiyalı milyarder iş adamı, yaxın dostu olan Didye Droqba ilə telefon əlaqəsi saxlayaraq, B.Yılmaz barədə informasiya toplayıb. Türkiyənin "Milliyet" qəzeti yazır ki, D.Droqba B.Yılmaz barədə "Çelsi" prezidentinə ətraflı məlumat verərək, "Olduqca gözəl xüsusiyyətlərə sahib səmimi bir insan. Həm də peşəkar futbolçu kimi olduqca bacarıqlı hücumçudur"-deyə fikrini bildirib. Qəzet iddia edir ki, R.Abromoviç həmçinin "Qalatasaray"ın qapıçısı olan Fernando Muslera barəsində də məlumat toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə