"Bavariya" və "Malaqa" 1/4 final mərhələsində!

"Bavariya" və "Malaqa" 1/4 final mərhələsində!

Dünən axşam futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində sonuncu cavab qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, Almaniyada yerli "Bavariya" futbol klubu İngiltərənin "Arsenal" klubunu qəbul edib. İlk qarşılaşmada "Arsenal"ı 3:1 hesabı ilə məğlub edən "pivəçilər", bundan fərqli olaraq öz meydanlarında qonaqlara 0:2 hesabı ilə məğlub olublar. Lakin iki oyunun nəticəsinə görə üstün tərəf olan "Bavariya" 1/4 final mərhələsinə adlayıb. Gecənin bir başqa qarşıalşması isə İspaniyada keçirilib. Burada yerli "Malaqa" klubu, ilk görüşdə 0:1 hesabı ilə məğlub olduğu Portuqaliya "Porto"suna 2:0 hesabı ilə qalib gələrək, adını növbəti mərhələyə yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə