"Sumqayıt"dan qələbələr

Yeni təşkil olunmuş U-19 Liqasında ilk turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"ın 19 yaşadək futbolçulardan ibarət komandası ilk görüşdə "Bakı" ilə üz-üzə gəlib. Binə stadionunda keçirilmiş görüşdə sumqayıtlılar 0:2 hesabı ilə geriyə düşsələr də, sonda oyundan 3:2 hesablı qələbə ilə ayrılmağı bacarıblar. Qolların müəllifi isə Bayram Nuruzadə, Əziz Qasımov və Süleyman Piriyev olub.

"Kapital Bank U-15 Liqası"nda da "Sumqayıt" turu qələbə ilə başa vurub. "Əlincə" ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşan meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar. Vüsal Buludlu dubl edib.

Bütün xəbərlər Facebook səhifəmizdə