"Bakı" klubunun 7 üzvü DÇ 2014-ün qrup mərhələsi oyunlarında keçiriləcək rəsmi qarşılaşmalarda forma geyə bilər. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts komandanın 5 üzvünü yığmanın düşərgəsində görmək istəyir. Bunlar Kamran Ağayev, Cavid Hüseynov, Elvin Məmmədov, Aqil Nəbiyev və Rauf Əliyevdir.
Milli komandamız səfər oyununa hazırlıq prosesini Dubayda keçəcək. Zədə səbəbindən ölkə çempionatının final mərhələsinin Bakı derbisində ("Neftçi", 1:1) meydana çıxa bilməyən Aqil Nəbiyevin təlim-məşq toplantısında iştirakı sual altındadır.
Xatırladaq ki, Azərbaycan milli komandası bu ay ərzində 2 rəsmi oyun keçirəcək. Milli komandamız 22 mart 2013-cü il tarixində Lükseburqun qonağı olacaq, 4 gün sonra isə (26 mart 2013) Tofiq Bəhramov adına Respublika stadionunda Portuqaliyanı qəbul edəcək.
"Bakı"nın daha 2 futbolçusu isə səfərə yollanır. Deyvidas Çesnauskis Slovakiya - Litva qarşılaşmasında Litva millisinin, Deniss İvanovs isə Lixtenşteyn - Latviya oyununda Latviya yığmasının şərəfini qoruyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB