Mindauqas Kalonasın Litva yığmasına çağrılmasından sonra "Rəvan"ın daha bir üzvü millidən dəvət alıb. Siasport.az saytının məlumatına görə, komandanın "18" nömrəsi Samuel Barlay Syerra Leone yığma komandasında oynayacaq.
2010-cu ildən Azərbaycanda legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçi isveçli baş məşqçi Lars-Olof Mattssonun daim diqqət mərkəzində saxladığı futbolçulardandır. Bu səbəbdən onun növbəti dəfə milliyə dəvət almasında təəccüblü heç nə yoxdur.
Qeyd edək ki, Syerra Leone milli komandası martın 23-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Tunis yığma komandası ilə qarşılaşacaq. Məhz bu 2 komandanın B qrupunda DÇ-nin final mərhələsinə vəsiqə verən 1-ci yer uğrunda mübarizə apardıqlarını da bildirək. Hələ ki, 2 turdan sonra Tunisin hesabında 6, Syerra Leonenin aktivində isə 4 xal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB