“Neftçi” yoxlama oyunu keçirəcək

“Neftçi” yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının XXIII turunda "Bakı" ilə heç-heçə edən "Neftçi" istirahətə buraxılıb. Siasport.az saytı xəbər verir ki, milli komandanın oyunlarına görə, çempionatda yaranan fasilədən yararlanan "Neftçi" klubu dörd gün istirahət edəcək.

Martın 17-də bir araya gələcək "Neftçi" məşqlərə başlayacaq. XXIV turda "İnter"lə qarşılaşacaq baş məşqçi Böyükağa Hacıyevin yetirmələri fasilə müddətində bir yoxlama oyunu keçirəcək. Rəqibin kimliyi isə hələ müəyyənləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə