Vaqif Sadıqov: "Bizim üçün çox da rahat oyun olmadı"

Vaqif Sadıqov: "Bizim üçün çox da rahat oyun olmadı"

Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 23-cü turunda AZAL "Kəpəz"i 1:3 hesabı ilə məğlub edib. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Nəticə bizim üçün çox vacib idi. Bizim üçün çox da rahat oyun olmadı. "Kəpəz" oyundan oyuna inkişaf edir. Qarşılaşma başlayan kimi erkən qol vurduq, lakin 2-ci hissədə futbolçular arxayınlaşdılar. Qələbə qazandığımız üçün şadam".

Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Simurq"la oyundan fərqli olaraq, bu gün müdafiədə səhvlərə yol verdik. Ustalıq səviyyəsi özünü göstərdi. Fikrimcə AZAL ilk altılığa layiq komandadır"

Bütün xəbərlər Facebook səhifəmizdə